Məşhur futbolçu 500 nəfərin BORCUNU ÖDƏDİ
19.07.2018
"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Xorvatiya komadasının fovariti Ante Rebiç doğma kəndi olan İmoskinin 500 əhalisinin kredit borclarını bağlayıb.
Xatırladaq ki, o, Split şəhəri yaxınlığındakı kiçik yaşayış məntəqəsində böyüyüb. Bu barədə vaxtı ilə onunla komanda yoldaşı olan Lovra Şindik danışıb. Bildirib ki, Ante heç vaxt öz kökünü unutmayıb. Baxmayaraq ki, 19 yaşında artıq İtaliyanın "Fiorentinu”suna getmişdi. Bir dəfə o, öz doğma şəhərciyinin 500 nəfər sakininin kredit borcunu bağlamışdı.- deyə, Şindik bildirib. Ante Rebiç yerli "Split”, İtaliyanın "Fiorentinu” və "Veronu”, Almaniyanın "Leypsiq” və "Ayntraxt” komandalarında oynayıb. Dünya Çempionatı 2018-ci ildə isə Xorvatiya yığmasında Rebiç altı oyun keçirib və qrup mərhələsində isə Argentina komandasının qapısına bir qol vurub. (3:0).