Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları görüşəcək
16.02.2021
Cari ilin 18 fevral tarixində Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlüd Çavuşoğlunun, 19 fevral tarixində isə Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri cənab David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.
Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, bu ilin 19 fevral tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 19-da Azərbaycana səfər edəcək.
DM xəbər verir ki, D. Zalkaliani fevralın 19-da Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Bakıya fevralın 18-i axşam saatlarında səfər edəcək. Türkiyəli nazirin rəsmi görüşləri fevralın 19-u həyata keçiriləcək və onun səfəri həmin gün başa çatacaq.