Peskov sanksiya tələblərini "manyaklıq" adlandırdı
16.02.2021
Kremlin sözçüsü Dmitri Peskov ABŞ və Avropanın sanksiya tələblərini "manyaklıq" adlandırıb.
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov dialoq yolunu istisna etməyib.
"Həm Avropa Birliyi, həm ABŞ manyakal şəkildə israrla Rusiyaya qarşı sanksiya tələblərini təkrarlayır. Bu cür düşmən təzahürlər bizi hər zaman səfərbər və hazır olmağa məcbur edir. Lakin siyasi dialoqla bağlı iradə üstün olacaq. Aramızdakı ən çətin problemləri də dialoq yolu ilə çözməyə çalışacağıq", - deyə Peskov bəyan edib.