Şəhid və qazi ailələri ziyarət olunub
16.02.2021
Müdafiə Nazirliyi və "Əsgərə xatirə kitabı” layihəsinin birgə təşkilatçılığı ilə Ağstafa və Tovuz rayonlarında yaşayan şəhid və qazi ailələri ziyarət olunub.
Bu barədə məlumat müdafiə nazirliyindən bildirilib. Hərbi qulluqçular, "Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva və icraçı direktoru Məltəm Şıxəlıyeva 43 şəhid, 6 qazi və əsirlikdən azad olunmuş 1 vətəndaşımızın ailəsini ziyarət ediblər.
Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, söhbətlər aparılıb ailələrə hədiyyələr və sovqatlar təqdim olunub.