Emin Əmrullayevdən AÇIQLAMA
16.02.2021
"Azərbaycanın 35 məktəbində peşə təmayüllü siniflərin yaradılması istiqamətində iş aparılır. Yaxın gələcəkdə belə məktəblərin sayını 50-yə çatdırmağı planlaşdırırıq".
DM xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, hazirda peşə təhsilinə qəbul prosesi elektron formada aparılır: "İldən-ilə peşə məktəblərinə qəbul sayı artmaqdadır. Belə ki, bu il ötən ilə nisbətdə 27% artıq tələbə peşə təhsilinə qəbul olub".