Hollandiyalı deputata cinayət işi açıldı
16.02.2021
Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğana həqarət edən hollandiyalı deputata cinayət işi açılıb.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Niderland parlamentinin Təmsilçilər Məclisi palatasının üzvü Qirt Vaylders sosial şəbəkə hesablarındakı paylaşımlarında Türkiyə prezidentinə həqarət edib.
Faktla bağlı Ankarada Cümhuriyyət Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb. İstintaq və araşdırmalar başladılıb.