Ramin Bayramlı və Zaur Əliyev peyvəndin ikinci dozasını vurdurdu
16.02.2021
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus əleyhinə vaksinin ikinci dozasını vurdurublar.
DM-in məlumatına görə, onların hər ikisi özünü yaxşı hiss etdiyini söyləyib.
R.Bayramlı və Z.Əliyev ilk dozanı yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində, vurdurublar.