Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu
16.02.2021
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevə koronavirusa qarşı peyvəndin ikinci dozası vurulub.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazir vaksinasiyadan sonra özünü yaxşı hiss edir, səhhəti normaldır.
O.Şirəliyev Bakı Sağlamlıq Mərkəzində vaksinasiya edilib.
Qeyd edək ki, Oqtay Şirəliyev vaksinasiya olunan ilk şəxslərdən biridir. Ona peyvəndin ilk dozası yanvarın 18-də vurulmuşdu.