Bu gün Əfv Komissiyasının iclası keçiriləcək
16.02.2021
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
Bunu "Report”a açıqlamasında Milli Məclisin deputatı, komissiyanın üzvü Fazil Mustafa deyib.
O bildirib ki, toplantı videokonfrans formatında keçiriləcək: "İclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq”.
"Komissiya indi toplanıb müraciətlərə baxırsa, demək Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən əfv sərəncamının imzalanması mümkündür”,- F.Mustafa vurğulayıb.