Çin Azərbaycana pulsuz vaksin göndərir
15.02.2021
Çin Kommunist Partiyası Mərkəzi Komitəsi tərəfindən Yeni Azərbaycan Partiyasına (YAP) 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib.
Yeni Azərbaycan Partiyasından (YAP) verilən məlumata görə, bu barədə Mərkəzi Komitənin xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib.
Nümayəndə qeyd edib ki, vaksinlər YAP-a yardım məqsədilə, təmənnasız veriləcək və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında 20 ildən artıq davam edən sıx qarşılıqlı əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan ilə Çin arasında təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq münasibətləri ötən illər ərzində böyük inkişaf yolu keçib.