Rusiya 13,7 milyard dollar qazanıb
18.07.2018
2018 FIFA Dünya Çempionatının Rus iqtisadiyyatına töhfəsinin 850 milyard rublu (təxminən 13,7 milyard dollar) keçdiyi ifadə edilir.
Rusiya Tur Operatorları Birliyinin sədri Maya Lomidze paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada Rusiyanın ev sahibliyi ilə təşkil edilən 2018 FIFA Dünya Kubokunun tarixin ən bahalı Çempionat olduğunu ifadə edib.
Dünya Çempionatı çərçivəsində Rusiyada çox sayda infrastruktur investisiyasının edildiyini xatırladan Lomidze qeyd edib ki, "Çempionatın Rusiya milli gəlirlərinə qatqısı 850 milyard rubldan daha çox olub. Demək olar ki, bu rəqəm çempionatın xərclərinə cavab verir".
Dünya Çempionatı dövründə ölkədə 1,5 milyard dollar xərclənib.
Rusiyanın Sberbank bankı tərəfindən aparılan araşdırmaya görə, Rusiyanı ziyarət edən xarici turistlər Dünya Çempionatı ərzində ölkədə təxminən 1,5 milyard dollar xərcləyiblər.