21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Mərkəzi Banka yeni səlahiyyət verildi

12.02.2021

 İqtisadi Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri Azərbaycan Mərkəzi Bankında (AMB) fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirəcək.

DM xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "İqtisadi Şuranın Əsasnaməsi”ndə öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, Şuranın Katibliyinin tərkibini də AMB müəyyən edəcək.

Şuranın Katibliyi aşağıdakı vəzifələri yerinə yetirir:

- Şuranın fəaliyyəti ilə bağlı sədrin tapşırıqlarını icra edir və Şuranın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

- Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;

- Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Şuranın üzvlərinə yazılı məlumat verir;

- Şura sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının), hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;

- Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

- imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatları və digər zəruri məlumatları əldə edir, onları təhlil edərək ümumiləşdirir;

- Şuranın iclaslarının protokollarının və Şuranın qərarların surətlərini Şura üzvlərinə, habelə qərardan çıxarışı aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;

- Şuranın iclaslarında qəbul olunmuş qərarlarının və imzalanmış sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;

- Şuranın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, iqtisadi sahədə fəaliyyət göstərən subyektlərə aidiyyəti üzrə sorğular verir, məlumatlar, hesabatlar, arayışlar və digər sənədlər alır;

- Şuranın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;

- Şuranın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.