İrəvanda etiraz mitinqi keçirilir
12.02.2021
İrəvanın Azadlıq meydanında "Vətənin qurtuluşu hərəkatının” lideri Vazgen Manukyanın təşəbbüsü ilə mitinq keçirilir.
DM xəbər verir ki, məlumatı "Novosti Armeniya” yayıb.
Bildirilib ki, fevralın 11-də hərəkatın Ermənistanın baş naziri postuna vahid namizədi Vazgen Manukyan ölkə əhalisinə bugünkü mitinqlə bağlı müaciətində deyib: "Biz göz görə-görə vətənimizi itiririk”.
Xatırladaq ki, fevralın 12-də keçirilən mitinq Nikol Paşinyanın istefasını tələb edir.