Taron Semyonyan Nikol Paşinyanı tənqid edib
12.02.2021
Ermənistan parlamentinin deputatı, müxalif Çiçəklənən Ermənistan Partiyasının üzvü Taron Semyonyan Nikol Paşinyanı və komandasını sərt tənqid edib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, deputat hakimiyyətin fəaliyyətini "antimilli" adlandırıb.
Azərbaycanla sərhədyanı kəndlərdə vəziyyətin ağır olduğunu deyən erməni müxalifətçi bütün bunlara görə məsuliyyəti Paşinyan hakimiyyətinin daşıdığını deyib.
"Hakimiyyət satqınlıqla məşğuldur. Paşinyan hakimiyyəti antimillidir", - deyə deputat bəyan edib.