21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezidentin xüsusi nümayəndələrinin fəaliyyət sahəsi AÇIQLANDI

12.02.2021

 "İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümyəndəlikləri ilə yanaşı icra hakimiyyətləri də var. Bunların fəaliyyəti necə tənzimlənəcək?”

DM xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputatın sualına cavab olaraq parlament sədrinin I müavini Əli Hüseynli deyib ki, Prezidentin fərmanında xüsusi nüməyəndəlik institutunun işğaldan azad olunmuş ərazilərdə yaradılması nəzərdə tutulub: "Xüsusi nümayəndəliklərlə bağlı əsasnamə hazırlanarkən yerli icra hakimiyyəti orqanının əsasnaməsi öyrənilib. Orada kəsişən nöqtələr çox azdır. Xüsusi nümayəndələr ərazi ilə bağlı, yerli icra hakimiyyətləri isə əhali ilə bağlı fəaliyyət göstərir. Bütövlükdə sənədlər, səlahiyyətlər və statuslar tamamilə fərqliddir. Ona görə hər hansı bir ikihakimiyyətlilik yarana bilməz. Bu idarəetmə gələcək üçün özünü doğrultsa digər yerlərdə də tətbiq oluna bilər”.