23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

PA-da TOPLANTI

12.02.2021

Azərbaycan Respublikasının Prezidenti tərəfindən işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun nəqliyyat və rabitə infrastrukturunun qurulması məsələlərinə həsr edilmiş iclası keçirilib.

DM xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, İdarələrarası Mərkəzin rəhbəri Hikmət Hacıyev, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, "Azərbaycan Dəmir Yolları” QSC-nin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, "Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən telekommunikasiya və poçt infrastrukturunun qurulması, Füzuli hava limanının, dəmir və avtomobil yollarının tikintisi, ərazilərin minalardan təmizlənməsi layihələrinin icrası barədə məlumatlar verilib.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən əsas istiqamətlər və verilən tapşırıqlar, məskunlaşma ilə bağlı gələcək tələbat və perspektivlər, yeni çağırışlar və konsepsiyalar nəzərə alınmaqla icra edilməsi, bu məqsədlə bütün qurumlar tərəfindən görülən işlərin İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə icra edilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.