23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

4200-dən çox direktorluq üçün namizəd var

12.02.2021

Fevralın 10-dan start verilən direktorların işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 900-dən çox namizəd qeydiyyatdan keçib.

Təhsil Nazirliindən verilən məlumata görə, 2020-ci ilin 28 sentyabr-5 oktyabr tarixlərində keçirilən elektron sənəd qəbulu mərhələsinin nəticələri nəzərə alınmaqla, ümumilikdə 4200-dən çox namizəd direktor olmaq üçün müraciət edib.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 fevral saat 23:59-dək miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Fevral ayının 19-da direktorların işə qəbulu üzrə ilk elektron sınaq imtahanı keçiriləcək.

Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə) ibarətdir. Direktorların işə qəbulu imtahanları ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID-19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.