Türk F-16-ları hədəfi məhv etdi
12.02.2021
Türkiyə ordusu İraqın şimalında həyata keçirdiyi "Pəncə Qartal-2” antiterror əməliyyatı ilə terrorçuların mövqeyini məhv edir.
DM xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, əməliyyatlar çərçivəsində Qara bölgəsində 3-ü yüksək "rütbəli” olmaqla, 19 terrorçu zərərsizləşdirilib.
Bundan başqa, Türkiyə ordusu F-16 qırıcılar, helikopter və PUA-larla Priz, Berqara ve Siyana bölgələrində terrorçuların hədəflərini dəqiq zərbələrlə məhv edib. Türkiyə ordusu Siyana bölgəsini mühasirəyə alıb və 2 mindən artıq hərbçi bölgəyə yerləşdirilib.
Həmçinin, əməliyyatlar zamanı terrorçulara aid komandanlıq mərkəzi və iclas binası da vurulub.