Monopoliya əleyhinə yeni tədbirlər görülür - RƏSMİ
18.07.2018
Ölkədə inhisarçılıq fəaliyyətinin dövlət tənzimləməsinin effektivliyini yüksəltmək, təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə etməsi, o cümlədən qiymətlərlə manipulyasiya edərək rəqabəti məhdudlaşdırması və istehlakçıların mənafelərini pozması hallarının qarşısını alınmaq məqsədilə bir sıra normativ hüquqi aktlarda dəyişiklik edilməsi barədə təkliflər hazırlanıb.
"Dövran Media"nın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatı”nda qeyd edilib.
Sənəddə həmçinin bildirir ki, rəqabət mühitinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübə nəzərə alınaraq, Rəqabət Məcəlləsinin yeni layihəsinin hazırlanması işi davam etdirilib.
Rəqabət mühitinin təkmilləşdirilməsi və bu sahədə nəzarətin səmərəliliyinin daha da artırılması məqsədilə institusional təsisatın yaradılması istiqamətində təkliflər paketi hazırlanıb.