Navalnı yenidən məhkəməyə gətirildi
12.02.2021
Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən məhkəməyə gətirilib.
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, Navalnı II Dünya Müharibəsi veteranı olan İqnat Artyomenkoya böhtan atmaq ittihamı ilə mühakimə olunur.
İş üzrə növbəti məhkəmə prosesi bu gün keçirilir.