Türkiyə elan etdi
12.02.2021
Torpaqlarımıza yönəlik terror hücumlarını aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik.
DM xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib
"Allah şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmayacaq. Biz bayrağımız üçün mübarizə aparırıq. İraq rəsmiləri ilə əməliyyatlarla bağlı müzakirələr aparılır və lazımi addımlar atılacaq. Ordumuz gərəkli tədbirlər görür. İraqın ərazi bütövlüyü və Türkiyə üçün gözlənilən hadisələr baş verə bilər”, - deyə Qalın bildirib.
Qeyd edək ki, İraqda "Pəncə Qartal-2 Hərəkatı” çərçivəsində terrorçulara ağır zərbələr endirilib. Qarşıdurmalarda 3 türk əsgəri şəhid olub, 3-ü yaralanıb.