Türkiyədə güclü zəlzələ oldu
12.02.2021
Türkiyənin Kastamonu şəhərində 4,7 bal gücündə zəlzələ olub.
DM xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı yerin 7 kilometr dərinlikdə meydana gəlib.
Qeyd edək ki, dağıntı və tələfat barədə məlumat verilməyib.