Soylu onun ölümü haqda danışdı
12.02.2021
Möhsün Yazıçıoğlunun helikopter qəzası zamanı olay yerinə çata bilməməyimizin səbəbi hava şəraitidir.
DM xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu Böyük Birlik Partiyasının (BBP) lideri Möhsün Yazıçıoğlunun helikopter qəzasına uğramasından 48 saat sonra hadisə yerinə yardımın çatması barədə danışarkən deyib.
Soylu qeyd edib ki, qəzaya uğrayan helikopterdə özü də olacaqdı:
"Həmin helikopterlə bizə gələcəkdi, Ofdan Bayburd və Gümüşxanəyə birgə uçacaqdıq".
Xatırladaq ki, 2009-cu il martın 25-də Möhsün Yazıçıoğlunu Qəhrəmanmaraşdan Yozqata aparan helikopter naməlum səbəbdən qəzaya uğramışdı. Hələ də qaranlıq qalan qəzada 6 nəfər həyatını itirmişdi.