ATU-nun kafedra müdiri vəfat etdi
12.02.2021
Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.
DM xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin "Facebook” səhifəsi məlumat yayıb.
Professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib.
O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.
Prezident təqaüdçüsü Kamal Kəbirlinski "Tərəqqi" medalına layiq görülüb.