Qarabağda kompleks seysmoloji tədqiqatlar aparılacaq
11.02.2021
"2021-2025-ci illər ərzində mərkəz tərəfindən işğaldan azad edilmiş rayonlarımızda və Dağlıq Qarabağ ərazisində 10 seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur".
DM-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli qurumun Elmi-Texniki Şurasının iclasında deyib. Hazırda 7 stansiyanın quraşdırılması üçün bütün avadanlıqların mövcud olduğunu bildirən baş direktorun sözlərinə görə, həmin stansiyaların 3 dəsti mərkəzin balansındadır: "4 stansiya isə RSXM-nin qazandığı qrant hesabına alınıb. Həmin stansiyaların quraşdırılması üçün dövlət qurumları tərəfindən müvafiq icazənin gözlənilir. Rəsmi göstəriş verilən kimi Dağlıq Qarabağ ərazisində quraşdırma işlərinə başlanılacaq”.
Professor həmçinin 2021-2025-ci illərdə Dağlıq Qarabağ ərazisində kompleks seysmoloji tədqiqatların aparılmasının da nəzərdə tutulduğunu qeyd edib.