Türkiyə və Azərbaycan ordusu buna qadirdir - Akar
11.02.2021
Türkiyə və Azərbaycan Silahlı Qüvvələri avadanlığı, ixtisaslı heyəti ilə quruda, dənizdə, havada, qışda, yayda, dağda və düzənlikdə tapşırılan hər bir vəzifəni yerinə yetirməyə qadir olduğunu göstərdi.
DM xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, Türkiyə və Azərbaycan qardaşdır və 44 günlük əməliyyat bunu əməldə də təsdiqlədi.