21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baş infeksionistdən uşaqlarla bağlı HƏYƏCAN TƏBİLİ

11.02.2021

"Son vaxtlar koronavirusla (COVID-19) bağlı poliklinikalara müraciət azalıb”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, koronavirusla bağlı uşaqlar üçün nəzərdə tutulan planlı peyvəndin vaxtı keçib:

"Bu peyvəndlər edilməlidir. Təcrübə göstərir ki, uşaqlar arasında həssaslıq olduğu üçün qızılca, məxmərək və digər xəstəliklər yenidən alovlana bilər. Onlar mütləq planlı peyvənd olunmalıdır”.

"Valideynlər bu haqda ciddi düşünsünlər və övladlarını təqvim üzrə peyvənd etdirsinlər”, - deyə o əlavə edib.