"Qadınlar çox danışır" deyən yapon sədr istefa edəcək
11.02.2021
Tokio Paralimpiya Oyunları Təşkilat Komitəsinin sədri Mori Yoşiro, qadınlarla əlaqəli ifadələrinə görə üzr istəyib.
DM xəbər verir ki, onlayn iclas zamanı 83 yaşlı Mori, komitə üzvlərində qadın əməkdaşlarının sayını artırmağı təklif edib. Daha sonra isə o, "Əgər qadın sayını artırsaq, danışma müddətlərini məhdudlaşdırmalıyıq. Çünki onlar çox danışır",- deyə ifadə edib.
Sədrin bu çıxışı insanlar arasında narazılığa səbəb olub. Sosial media istifadəçiləri Morini tvitterdə istefaya etməyə çağırıblar. Belə ki, yenidən onlayn iclas keçirən komitə sədri istefa edəcəyini bildirib.