Türkiyədə zəlzələ oldu
11.02.2021
Türkiyənin İzmir şəhərində zəlzələ baş verib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi İzmirin Dikili ilçəsində baş verib. Egey dənizi sahillərində olan yer silkələnməsi Rixter şkalası ilə 4 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Silkələnmə ilç və ətraf ərazilərdə hiss edilsə də, dağıntı və itki qeydə alınmayıb.