Ermənistanda tələbələrindən AKSİYA
11.02.2021
Ermənistanda Rusiya-Ermənistan Universitetinin tələbələri və akademik heyət ali təhsil müəssisəsinin həyətində etiraz aksiyası keçiriblər.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya hakimiyyətin universitet rəhbərliyində dəyişiklik etmək qərarına qarşı təşkil olunub. Tələbələr və müəllimlər rektorun dəyişdirilməsinə etiraz ediblər.
Belə ki, universitetin hazırki rektoru Armen Darbinyan baş nazir Nikol Paşinyanın göstərişinə əsasən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən vəzifədən götürülməyə çalışılır.
Aksiyaçılar rektora dəstək ifadə ediblər. Paşinyan hakimiyyətinə qarşı şüarlar səsləndirilib.