10 04 2025-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Türkiyə ordusunun kapitanı ŞƏHİD OLDU

11.02.2021

 Türkiyə ordusunun İraqın şimalındakı Qara bölgəsində başlatdığı "Pəncə Qartal-2” adlı antiterror əməliyyatında yaralanan kapitan Ertuğ Güler şəhid olub.

DM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbçi fevralın 10-da terrorçularla qarşıdurma zamanı yaralanıb, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Nazir Hulusi Akar şəhdin ailəsinə başsağlığı verib: "Qəhrəman şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və millətimizə başsağlığı verir, səbr arzulayıram".

Xatırladaq ki, dünənki əməliyyatda 2 türk əsgərinin şəhid olduğu, 4 əsgərin yaralandığı bildirilirdi.