KTMT-nin keçmiş erməni baş katibi həbsdə qaldı
11.02.2021
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi, erməni general Yuri Xaçaturov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət təmin olunmayıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, məhkəmə Xaçaturov barədə olan qərarı dəyişdirməyib və olduğu kimi qüvvədə saxlayıb.
Qeyd edək ki, Y.Xaçaturov Ermənistanda 2018-ci ildəki inqilabdan sonra həbs olunmuşdu.