Yaponiyada vaksen israfçılığı
11.02.2021
Yaponiyada 24 milyon dozalıq koronavirusa qarşı vaksin zibilə atılır.
DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.
Yaponiya "Pfizer" şirkətindən 144 milyon dozalıq vaksin tədarük edib. Lakin onlardan 24 milyon dozalıq hissəni zibilə atmalı olur. Belə ki, "Pfizer" şirkəti vaksinləri hər birində altı doza olmaqla, tibbi butulkalarda istehsal edir. Yaponiyadakı şprislər isə qısadır. Bu şprislər butulkanın dibindəki sonuncu dozaya çata bilmir və son dozanı çəkə bilmir. Nəticədə həmin dozalar zibilə atılır.
ABŞ və Avropada da analoji problemlərin yaşandığı deyilir. Dünyanın yoxsul ölkələrinin vaksinə əlçatanlığı böyük problem olduğu bir vaxtda belə halların yaşanması böyük müzakirələrə səbəb olub.