21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azad edilən ərazilərdə mina faciələri...

10.02.2021

 Hər bir hərbi əməliyyatın sona çatmasından sonra işğalçı tərəf zəbt etdiyi torpaqlardan çıxarkən yerləşdirdiyi mina xəritəsini təqdim etməlidir. Lakin Qarabağda hərbi əməliyyatların bitməsinə baxmayaraq erməni tərəfi Azərbaycana bu xəritələri təqdim etməkdən boyun qaçırır.

Bunun nəticəsidir ki, fevralın 8-də Tərtər rayonu istiqamətində Ordumuzun 4 hərbçisi - Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu minaya düşərək xəsarət alıb.

Baş Prokurorluğun məlumatına görə isə 10 noyabr bəyanatından sonra hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə 5 hərbi qulluqçu, 9 mülki şəxs minaya düşərək həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bəs bu cür faciələrin davam etməməsi üçün Azərbaycan tərəfi nə etməlidir?

Mövzu ilə bağlı Bakupost-a danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov qeyd etdi ki, erməni tərəfinin məqsədi insanların xəsarət alması, həlak olmasıdır: