Deqati Cıdır düzündən yazdı
10.02.2021
Dünyaca məşhur fotoqraf Reza Deqati sosial şəbəkədə bu dəfə işğaldan azad olunmuş Şuşanın Cıdır düzündən fotolar paylaşıb.
DM xəbər verir ki, fotoqraf paylaşdığı fotolara aşağıdakı qeydi yazıb:
"Cıdır düzü, Şuşa, Qarabağ. Qarabağ tarixən dağları və atları ilə məşhur olub. Şuşadan yuxarıda yerləşən Cıdır düzü Qarabağ xanlığında əsas şənlik yeri idi. Burada milli idman növü olan cıdır yarışları və Novruz şənliyi keçirilib”.