Türkiyənin vitse-prezidenti Şimali Kiprə getdi
10.02.2021
Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oqtay Şimali Kipr Türk Respublikasına (ŞKTR) səfər edib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, rəsmi səfər 10-11 fevral tarixləri arasında 2 gün davam edəcək. Fuad Oqtayın Şimali Kiprin paytaxtı Lefkoşa şəhərində ölkə prezidenti Ersin Tatarla görüş keçirməsi nəzərdə tutulub.
Tərəflər iki ölkə arasındakı ikitərəfli münasibətləri, əməkdaşlıq müqavilələrini müzakirə edəcək. Həmçinin bir sıra anlaşmaların imzalanması planlaşdırılır.