Rusiya XİN-dən maraqlı AÇIQLAMA
10.02.2021
"Hazırda Lavrovun ABŞ-ın dövlət katibi ilə görüşü müzakirə olunmur".
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya XİN başçısı Sergey Lavrovla ABŞ-ın yeni dövlət katibi Antoni Blinkenlə ikilikdə görüşü nəzərdə tutulmur.
Bundan əvvəl Blinken və Lavrov arasında görüş keçiriləcəyi barədə qeyri-rəsmi məlumatlar yayılmışdı.