Daxili İşlər Nazirliyi işğaldan azad edilən ərazilərdə polisin fəaliyyəti ilə bağlı videoçarx hazırlayıb.
DM xəbər verir ki, videoçarx Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının fəaliyyətini əks etdirir.
Kadrlarda Suqovuşan, Talış və digər ərazilərdə təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi üçün polis əməkdaşlarının göstərdiyi xidmət yer alıb.