Ərsin Tatarın AÇIQLAMASI
10.02.2021
Kiprin qan gölünə dönməsinin səbəbkarı Yunanıstandır.
DM xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Yunanıstan Baş naziri Kiriakos Miçotakisin Türkiyəni tənqid etməsinə münasibət bildirərkən deyib.
"Kiprdə əsas işğalçı EOKA terror təşkilatını quran, Axritas planı çərçivəsində adanın türk xalqını yox etmək üçün 15 iyul 1974-cü ildə başladılan hücumları dəstəkləyən və təşkil edən Yunanıstandır", - Tatar qeyd edib.
Tatar adada yeganə real həll yolunun iki dövlət modelini həyata keçirmək olduğunu deyib.