Paşinyan Moskvaya gedəcək
09.02.2021
Ermənistan mətbuatında Nikol Paşinyanın Rusiyanın paytaxtı Moskva şəhərinə səfər edəcəyi ilə bağlı məlumatlar yayılıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan 10 fevral tarixində Moskvaya gedəcək. Onun Rusiyada 2 günlük səfərdə olması planlaşdırılır.
Paşinyanın burada yüksək dövlət vəzifəsi tutan şəxslərlə görüşlər keçirməsi gözlənilir. Səfərlə bağlı detallar barədə məlumat verilməyib.