Vilayət Eyvazov rəisi vəzifədən azad etdi
09.02.2021
Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunub.
DM Lent.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Azər Cahangirov vəzifəsindən azad olunub.
Onun hansı rayona rəis təyin ediləcəyi barədə əlavə məlumatı təqdim edəcəyik.