Ordumuzun daha 5 hərbi qulluqçusu minaya düşdü
09.02.2021
Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.
DM Report-a istinadən xəbər verir ki, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.
Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Orucov minaya düşərək ağır yaralanıblar.
Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.