Çavuşoğlu Küveyt əmiri ilə görüşdü
09.02.2021
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Küveyt əmiri Şeyx Nəvafla görüş keçirib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu görüş haqqında "Twitter" səhifəsində paylaşım edib.
Qeyd olunub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamları Küveyt əmirinə çatdırılıb. Küveytin diplomatik fəaliyyəti yüksək qiymətləndirilib. Bildirilib ki, Küveytin vasitəçiliyi sayəsində Körfəz ölkələri regionunda artıq müsbət ortam yaranıb.