ABŞ Qolanı İsrailin ərazisi kimi tanımadı
09.02.2021
ABŞ gələcəkdə Qolan təpələrinin məxsusluğu məsələsinin müzakirəsinə qayıda bilər.
DM xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
"Məsələnin hüquqi tərəfini kənara qoysaq, praktik baxımdan Qolan təpələri İsrailin təhlükəsizliyi üçün vacib amildir. Əsədin hakimiyyətdə olması, İranın Suriyada mövcudluğu və İranın dəstəklədiyi hərbi qruplaşmalar İsrailə təhdid yaradır. Əgər zamanla Suriyada situasiya dəyişsə, biz Qolan təpələrinin məxsusluğu məsələsinə geri qayıda bilərik”, – deyə o bildirib.