Hüseyn Paşayevdən AÇIQLAMA
09.02.2021
"İstintaqa cəlb olunmuş şəxslər haqqında məhkəmə qərarı qəbul edildikdən sonra onlar YAP-dan çıxarılır".
Bunu YAP Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev həbs edilən məmurların Yeni Azərbaycan Partiyasındakı (YAP) vəzifələrindən uzaqlaşdırılması ilə bağlı verilən sualı cavablandırarkən bildirib:
"İstintaqa cəlb olunmuş partiya üzvləri haqqında məhkəmənin qərarı olmadan partiyadan azad olunma barədə qərar qəbul edilmir".