Xankəndindən Şuşaya hücumun qarşısı necə alındı?
09.02.2021
"Şuşa şəhəri düşməndən azad ediləndən sonra ermənilər 49-cu tank, 8-ci motoatıcı briqada, 6 və 7-ci alaylardan ehtiyatlarını cəlb etməklə Xankəndi istiqamətindən əks həmlə etməyə cəhd etmişdi”.
DM xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, raket artilleriya qoşunları bölmələri düşməni Xankəndindən Şuşa istiqamətində "zapravka” deyilən ərazidə darmadağın etdi və onların əsas hissəsini məhv etdi: ”Bununla da düşmənin əks həmlə əzmi qırılıb. Düşmənin əks həmləsi boşa çıxdı”.