Zaxarova Navalnının tərəfdarlarını satqın adlandırdı
09.02.2021
Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həbs olunmuş rusiyalı müxalifətçi Aleksey Navalnının tərəfdarlarını satqın adlandırıb.
DM Rusiya KİV-ə istinadən xəbər verir ki, Zaxarova Navalnı tərəfdarlarının fəaliyyətini banallıq hesab edib.
"Navalnının tərəfdarları Avropa Birliyi və ABŞ-la Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasını müzakirə edirlər. Bu, satqınlıqdır", - deyə Zaxarova bəyan edib.