"Ermənistanda hakimiyyətdən narazıçılıq"
09.02.2021
Ermənistanda dövlət qulluqçuları, dövlət orqanlarının əməkdaşları hakimiyyətdən narazıdırlar.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Joğovurd" nəşrində material dərc edilib. Bildirilib ki, hakimiyyət tərəfindən bütün dövlət orqanlarında xərcləmələrin ixtisar edilməsi, məxaricin azaldılması barədə yuxarıdan tapşırıqlar verilib. Göstərişə əsasən, 10 faiz azalmaya getmək mütləqdir.
Qeyd olunur ki, dövlət orqanlarının əməkdaşları bu azalmaların maaşlarda, sosial proqramlarda ediləcəyini düşünürlər. Böyük narazılıq yaranıb. Bildirilir ki, siyasi rəhbərliyə loyallığın onsuz da azaldığı bir vaxtda bu cür qərarlar və addımlar bürokratik sistemlə siyasi hakimiyyət arasında problemlər yaradacaq.