İran kəşfiyyat şefinin AÇIQLAMASI
09.02.2021
İran kəşfiyyat naziri Mahmud Ələvi ölkəsinin küncə sıxışdırılacağı təqdirdə nüvə silahı əldə edəcəyi imkanlarını istisna etməyib.
DM xəbər verir ki, Ələvi bunu jurnalistlərə açıqlamasında deyib.
"İranın atom proqramı tamamilə dinc xarakter daşıyır, onun silah yaradılması üçün istifadəsi ilə islam normalarına ziddir. Lakin onu da deyim ki, əgər pişiyi küncə sıxışdırsalar, o yəqin ki, özünü azadlıqda olduğu kimi aparmayacaq. Əgər İranı bu istiqamətə itələsələr, bu, İranın günahı olmayacaq”, – deyə o bildirib.