AB-də daha böyük parçalanma
09.02.2021
Borrellin Rusiya səfəri plana uyğun getmədi. Almaniya, Fransa və Avstriya da Şimal Axını-2 qaz kəmərinə dəstək verməklə, AB və Transatlantik münasibətlərdə parçalanmanı daha da sürətləndirə bilər.
DM xəbər verir ki, bunu estoniyalı milət vəkili Riqo Terras bildirib.
"Borrell öz iradəsi ilə istefa verməsə, Avropa Komissiyası rəhbəri tədbir görməlidir", - Terras qeyd edib.
Borrellin AB-nin nüfuzuna böyük ziyan vurduğunu iddia edən deputat onun qeyri-adi hərəkətlərə yol verdiyini, xüsusilə Avropanın şərq ölkələri ilə davranışında narahatlıq yarandığını vurğulayıb.
"Ruslar Borrellin səfərindən AB daxilində qarşıdurma yaratmaq üçün istifadə etdilər. Bəzi şərq və şimal ölkələri Borrellə Moskvaya getməməyi tövsiyə etdi. Ancaq Berlin, Paris, Madrid və Roma onu dəstəkləyəcək. Rusiya istədiyini əldə edəcək - Avropa Birliyində daha böyük bir parçalanma..." - Terras söyləyib.